Qara dənizdə radardan itən təyyarənin pilotu həlak oldu

Qəzaya uğrayan Bolqarıstan qırıcı təyyarəsinin pilotu həlak olub.

Axar.az xəbər verir ki, bu barədə Bolqarıstanın Müdafiə Nazirliyi məlumat yayıb.

"Axtarış əməliyyatları zamanı MiQ-29 qırıcısının pilotu mayor Valentin Terziyevin 9 iyunda təlim uçuşu zamanı baş verən qəzada həlak olduğu müəyyən edilib", - MN-dən bildirilib.

Qeyd edək ki, təyyarə ilə əlaqə Qara dəniz üzərində təlim uçuşu zamanı kəsilib. Təyyarə dənizə düşüb.

0
93
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar