Bakıda ayrı-ayrı rayonlarda 3 nəfəri avtomobil vurub

Paytaxtın Sabunçu, Yasamal və Xətai rayonlarında piyada vurulması ilə nəticələnən avtoqəzalar baş verib.

APA xəbər verir ki, hadisələr gecə saatlarında qeydə alınıb. Sabunçu rayonunun Zabrat qəsəbəsində yolu keçən 1959-cu il təvəllüdlü Qafarov Vasif Xıdır oğlunu, metronun "İnşaatçılar" stansiyasının yaxınlığında 1979-cu il təvəllüdlü Əliyeva Vüsalə Elbrus qızını və 1968-ci il təvəllüdlü Rasim Mehdiyevi 8 Noyabr prospektində avtomobil vurub. Hər üç yaralı ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktlar araşdırılır.

0
78
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar