ABŞ səfirini Moskvaya geri göndərəcək

ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan yaxın həftələrdə Vaşinqtondan Moskvaya qayıdacaq.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays bildirib. Onun sözlərinə görə, Sallivan ABŞ Prezidenti Co Baydenə rusiyalı həmkarı Vladimir Putinlə zirvəyə hazırlaşmaqda kömək edib.

“O, sammitdən əvvəl bura qayıtdı, prezidentlər Baydenlə Putinin görüşünə hazırlaşmaq üçün Ağ Ev və Dövlət Departamentinin yüksək vəzifəli şəxsləri ilə çalışdı”, - deyə Prays qeyd edib.

Xatırladaq ki, rusiyalı səfir Anatoli Antonov cari ilin martında Moskvada məsləhətləşmələr üçün Vaşinqtondan geri çağırılmışdı. Diplomatik nümayəndəlik rəhbərinin geri çağırılmasına Baydenin Putinlə bağlı açıqlamaları səbəb olmuşdu.

Bundan sonra Rusiya xarici işlər naziri Sergey Lavrov rəsmi Moskvanın Con Sallivana məsləhətləşmələr üçün Vaşinqtona getməsini tövsiyə etdiyini açıqlamışdı. Aprelin 20-də ABŞ Dövlət Departamenti Sallivanın Moskvanı tərk etməsi ilə bağlı qərarını elan etmişdi.

0
88
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar